İnversion moren konusları
İnversion moren konusları (rus. инверсионные моренные конусы, ing. -inverse moraine cones) — yenidən çökdürülmüş morenlərdən təşkil olunmuş, günbəzvari yaxud konus formasında, təpələr şəklində, akkumulyativ buzlaq relyef forması. Hündürlüyü bir neçə metrdən 10–12 metrə qədər çatır en kəsiyi 2,5–3 dəfə hündürlüyündən böyük olur. Sistemsiz qrup və ya sıra şəklində buzlaq dərəsinin dibində yerləşir. İ. m. k. buzlaq dilinin qurtaracağında, "Ölü buzlaq" sahəsində termokarst proseslər nəticəsində epigenetik əmələ gəlir. Kəskin kontinental iqlimli vilayətlər üçün səciyyəvidir. Mis: Pamir.